ABŞ Prezident Administrasiyası yeni LNG ixrac lisenziyalarının verilməsini dayandırıb
ABŞ Prezidenti Co Baydenin administrasiyası mayeləşdirilmiş təbii qazın (LNG) ixracı üçün yeni lisenziyalara baxılmasını dayandırıb.
Fhnews.az xəbər verir ki, bu barədə dövlət başçısının Ağ Evin saytında dərc olunmuş bəyanatında deyilir.
Bəyanata görə, istisna yalnız milli təhlükəsizlik sahəsində gözlənilməz hallar baş verdikdə olacaq.
“Biz LNG ixracının enerji xərclərinə, ABŞ-nin enerji təhlükəsizliyinə və ətraf mühitə təsirini diqqətlə araşdıracağıq,” – deyə Bayden bildirib.
ABŞ-nin energetika naziri Cennifer Qranholm isə qeyd edib ki, bu proses artıq təsdiqlənmiş ixrac layihələrinə və ya Birləşmiş Ştatların müttəfiqlərinə, o cümlədən Avropaya qaz tədarüklərinə təsir etməyəcək.
“The Wall Street Journal” yazır ki, Baydenin qərarı Körfəz sahilində yeni LNG qurğularının tikintisini dayandırmağı tələb edən iqlim qruplarının qələbəsidir.
Bayden administrasiyasındakı mənbələr deyirlər ki, ABŞ Enerji Departamenti çox güman bir neçə ay ərzində məsələni araşdıracaq, ardınca onun nəticələrinin ictimai müzakirəsi olacaq. Onların sözlərinə görə, Prezidentin qərarı Energetika Nazirliyinin nəzərdən keçirdiyi dörd LNG layihəsinə təsir edir.
Analitiklər hesab edirlər ki, ABŞ-dan LNG ixracı üçün yeni lisenziyaların təsdiqi yalnız noyabrda keçiriləcək prezident seçkilərindən sonra bərpa oluna bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...