ABŞ ordusu ilk dəfə husilərin sualtı pilotsuz aparatdan istifadəsini qeydə alıb
ABŞ ordusu husilər arasında ilk dəfə sualtı pilotsuz aparat aşkar edib.
Fhnews.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.
Komandanlığın məlumatına görə, ABŞ silahlı qüvvələri husilərə məxsus gəmi əleyhinə qanadlı raketlərə və bir pilotsuz sualtı, həmçinin bir pilotsuz suüstü gəmiyə beş zərbə endirib.
“Bu, husilərin oktyabrın 23-də hücumlar başlayandan bəri sualtı pilotsuz aparatdan istifadəsi ilə bağlı müşahidə edilən ilk hadisədir”, - deyə məlumatda bildirilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...