ABŞ-nın Kaliforniya ştatında meşə yanğınları ciddi problemlər yaradıb
ABŞ-nın Kaliforniya ştatında güclü külək səbəbindən nəzarət altına alına bilməyən meşə yanğını nəticəsində 132 bina xarabalığa çevrilib.
Ventura rayonunda dünən başlayan və güclü külək səbəbindən nəzarət altına alına bilməyən meşə yanğınında 132 tikili dağılıb, 88 tikiliyə ciddi ziyan dəyib.
Ventura dairəsinin şerifi Ceyms Fryhoff bildirib ki, yanğın nəticəsində 10 nəfər tüstüdən zəhərlənib.
Meşə yanğını dünəndən etibarən təxminən 83 kvadrat kilometr əraziyə yayıldıqdan sonra Kaliforniya qubernatoru Gavin Newsom Venturada "fövqəladə vəziyyət" elan edib.
Artan risk səbəbiylə 5 rayonda təxminən 70 min istehlakçının elektrik enerjisi kəsilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...