22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ABŞ-nın ən qədim məzar daşının sirri açılıb

19-09-2024
IMG

Arxeoloqlar məzar daşının cəngavərə aid olduğunu və onun 1627-ci ildə Amerikada ilk daimi ingilis məskəni olan Virciniya ştatının Ceymstaun şəhərində qoyulduğunu açıqlayıblar. Bununla belə, Avropada qara əhəng daşından hazırlanmış plitənin dəqiq haradan gəldiyi bəlli deyildi. Bu yaxınlarda “International Journal of Historical Archaeology” akademik jurnalında dərc edilən araşdırmada məzar daşının mənşəyi üzərindəki oymalar və inklyasiyalar araşdırılıb.

Elm adamları müəyyən ediblər ki, qəbir daşında bir zamanlar qalxan  və zirehli adamı təsvir edən tuncdan hazırlanmış oyma olub. Tarixi qeydlər göstərir ki, 17-ci əsrdə Ceymstaunda iki cəngavər- ser Tomas West və George Yeardley ölüb. Alimlər məzar daşının onlara aid olduğunu ehtimal edirlər. 

Məzar daşının fraqmentləri tədqiq edilirkən bir çoxuna Şimali Amerikada rast gəlinməyən kiçik fosil mikrobları aşkarlanıb. Tədqiqatçılar mikrob qalıqlarının hazırda Belçika və İrlandiyanı təşkil edən bölgələrdə birlikdə tapıldığını bildiriblər.  

Tapıntılar müstəmləkə dövründə Avropa və Ceymstaunu birləşdirən ticarət şəbəkələrinin miqyasını göstərir.Araşdırmada bildirilir ki, bu reaktiv qara daşlar o dövrdə Avropada ən nadir və bahalı daşlar olub.

Paylaş: