ABŞ-na təsir edən fırtınalar Texasda daha ciddi problemlər yaradıb
“CBS News”un məlumatına görə, həftə sonu Texas, Oklahoma, Arkanzas və Kentukki ştatlarını təsir edən qasırğada həyatını itirənlərin sayı 24-ə yüksəlib.
Fırtınalar Texasda 1 milyondan çox ev və iş yerini işıqsız qoyub.Texas ştatının Dallas şəhərində seçicilər təxminən 100 səsvermə məntəqəsində elektrik enerjisinin olmadığını bildirib.
Dallas dairəsinin hakimi Kley Jenkins bölgədə fəlakət vəziyyəti elan edərək, elektrik enerjisinin kəsilməsinin bir neçə gün davam edə biləcəyini bildirib.O qeyd edib ki, fırtına və dolu səbəbindən elektrik kəsilməsindən zərər çəkən qocalar evləri generatorlara qoşulub.
Dallasda güclü yağış gözlənildiyi halda, Texasda 1 milyondan çox, Hyuston şəhərində isə 800 min ev və iş yerində elektrik kəsilməsi yaşanıb.
Hyustonda sürətinin saatda təxminən 113 kilometrə çatacağı gözlənilən fırtınalar üçün tədbirlər görülüb.
Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin direktoru Deanne Criswellin həftə sonu müşahidə olunan tornadoların təsirlərini qiymətləndirmək üçün Arkanzasa səfəri gözlənilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...