ABŞ miqrantlar üçün humanitar giriş proqramını uzatmayacaq
ABŞ administrasiyası miqrantlar üçün müvəqqəti humanitar giriş proqramını uzatmayacaq.
Fhnews.az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamenti məlumat yayıb.
Kuba, Haiti, Nikaraqua və Venesueladan olan təxminən 530 min miqrant 2022-ci ilin oktyabrından ABŞ-a hava yolu ilə gəlib və yaxın həftələrdə başa çatacaq humanitar proqram çərçivəsində ikiillik qrantlar alıb.
Departamentdən verilən məlumata görə, Bayden administrasiyası bu proqramı miqrantlara ölkəyə qanuni şəkildə daxil olmaq imkanları təqdim etmək və eyni zamanda, ABŞ-Meksika sərhədindən qanunsuz keçidlərin sayını azaltmaq üçün başlatmışdı.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...