22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ABŞ İsrailə humanitar dəhlizlərlə bağlı təzyiq göstərməyi planlaşdırır

28-01-2024

ABŞ administrasiyası İsraili Qəzza zolağında hərbi əməliyyatların miqyasını azaltmağa inandırmaq üçün bu ölkəyə silah satışını ləngidə və ya dayandıra bilər.

Fhnews.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

Hələlik heç bir qərarın verilmədiyi qeyd edilir.

Telekanal bildirir ki, Amerika hakimiyyəti yəhudi dövlətinə humanitar dəhlizlər açmaq və Qəzzanın mülki əhalisinə daha çox yardım göstərmək üçün təzyiq göstərməyi planlaşdırır.

Qeyd edilir ki, ABŞ bu haqda İsraili bir neçə həftə əvvəl Qəzzada taktikasını dəyişməyə və mülki itkiləri minimuma endirmək üçün səy göstərməyə inandıra bilmədikdən sonra qərara gəlib.

Paylaş: