ABŞ-ın “eBay” ticarət platforması minə yaxın əməkdaşını ixtisar edir
ABŞ-ın “eBay” ticarət platforması xərclərini azaltmaq üçün minə yaxın iş yerini ixtisar edir.
Fhnews.az xəbər verir ki, ixtisarlar kompaniya əməkdaşlarının təxminən doqquz faizinə təsir göstərəcək. Rəhbərlik buna xərclərin həddən artıq çox olmasını səbəb gətirir. Kompaniya ixtisarlar fonunda bütün dünyadakı müştərilərinin ehtiyaclarını daha yaxşı qarşılamaq üçün müəyyən komandaları birləşdirməyi planlaşdırır.
Ötən ilin fevral ayında ABŞ-ın online pərakəndə satış platforması 500-ə yaxın əməkdaşını ixtisar edəcəyini açıqlamışdı. O, hazırda Çinin “Amazon”, “Temu” və “Shein” kimi kompaniyaları ilə qlobal rəqabətdədir.
Qeyd edək ki, ötən il xeyli yüksələn inflyasiya səbəbindən “eBay” müştərilərinin də alıcılıq qabiliyyəti xeyli azalıb. Hazırda kompaniyanın 132 milyon istifadəçisi və platformasında satışa çıxarılan iki milyarddan çox məhsulu var.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...