22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ABŞ-ın 26 ştatının baş prokurorları Texasın müdafiəsinə qalxıb

30-01-2024

ABŞ-da respublikaçıların nəzarətindəki 26 ştatın baş prokurorları Prezident Cozef Baydenə Texas qubernatoru Qreq Ebbotun Meksika ilə sərhədi müstəqil şəkildə qorumağa yönəlmiş addımlarını dəstəkləyən kollektiv məktub göndərib.

Fhnews.az xəbər verir ki, Fox News telekanalı bu barədə sərəncamında olan sənədə istinadla məlumat yayıb. ABŞ Prezidentinə və daxili təhlükəsizlik nazirinə ünvanlanan məktubda 26 baş prokuror Texasın mühacır axınından qorunmaq hüququnu bəyan edib. “Bu, işğaldır və dövlətlər özlərini işğaldan qorumalıdır”, - telekanal məktubdan bu sözləri sitat gətirib.

Yanvarın 22-də Birləşmiş Ştatların Ali Məhkəməsi ABŞ-Meksika sərhədinin Texasdan keçən hissəsində qanunsuz mühacir axını ilə mübarizə aparmaq üçün quraşdırılan 48 kilometrlik səddin sökülməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Texas hakimiyyəti sərhədin lazımi şəkildə qorunmadığını və bunun qanunsuz miqrasiyanın artmasına səbəb olduğunu dəfələrlə bəyan edib.

Paylaş: