ABŞ hökuməti Tbilisidəki məşhur Luqar laboratoriyasına maliyyə yardımını dayandırıb
ABŞ Gürcüstan hökumətinə 95 milyon dollardan çox maliyyə yardımını dayandırdıqdan sonra Tbilisidəki Riçard Luqar İctimai Səhiyyə Araşdırma Mərkəzi (Luqar laboratoriyası) Birləşmiş Ştatların maliyyə yardımından məhrum olub.
Fhnews.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Bildirilir ki, ABŞ-ın Gürcüstan hökumətinə yardımının dayandırılmasının əsas səbəbi “Xarici təsirlərin şəffaflığı haqqında” qanundur. ABŞ Gürcüstan hökumətindən bu qanuna yenidən baxılmasını tələb edib, lakin yerli hakimiyyət bu tələbi yerinə yetirməkdən imtina edib. Bunun əsasında da iyulun sonunda ABŞ-ın Dövlət katibi Antoni Blinken Gürcüstan hökuməti üçün nəzərdə tutulmuş 95 milyon dollarlıq yardımı dayandırdıqlarını bəyan edib.
Blinken qeyd edib ki, Tbilisinin “antidemokratik və yalan bəyanatları” ölkənin Aİ və NATO-ya üzvlük standartları ilə bir araya sığmır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...