ABŞ Federal Aviasiya Administrasiyası “Boeing 737 MAX 9” təyyarələrinin istismarını dayandırmaq qərarına gəlib
Fovqaladexeberler.az xəbər verir ki, bu barədə administrasiyanın açıqlamasında bildirilib.
Administrasiyanın saytında dərc edilmiş bəyanatda deyilir: "ABŞ aviaşirkətləri tərəfindən və ya ABŞ ərazisində istismar olunan bəzi “Boeing 737 MAX 9” təyyarələrinin uçuşları müvəqqəti olaraq dayandırılır". Bu qərar təxminən 171 təyyarəni əhatə edəcək.
"Administrasiya bəzi “Boeing 737 MAX 9” təyyarələrinin uçuşa qayıtmazdan əvvəl onların dərhal yoxlanılmasını tələb edir. Biz Milli Nəqliyyat Təhlükəsizliyi Şurasına Alyaska Hava Yollarının 1282 saylı uçuşunu araşdırmasında kömək göstərdiyimiz müddətdə təhlükəsizliyə əsaslanan qərarlar qəbul etməyə davam edəcəyik" - FAA administratoru Maykl Uitaker bildirib.1206
Yanvarın 6-da Amerikanın “Alyaska Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuş zamanı pəncərəsinin və gövdəsinin bir hissəsinin qopması səbəbindən Oreqon ştatının Portlend şəhərində məcburi eniş edib. Təyyarədə 174 sərnişin və altı ekipaj üzvü olub, heç kim xəsarət almayıb. Bundan sonra daşıyıcı müvəqqəti olaraq “Boeing 737-9” təyyarələrinin istifadəsindən imtina edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...