ABŞ-dan xlor qazı xəbərdarlığı
ABŞ-nın Corciya ştatında kimya zavodunda baş verən yanğından sonra havada xlor qazı aşkar edilib. Əraziyə yaxın olan sakinlərdən tədbir görmələri xahiş olunub. Ştatın Conyers bölgəsinin rəsmiləri dünən kimya zavodunda baş verən və bir neçə saat ərzində nəzarət altına alınan yanğınla bağlı açıqlama verib.
Ətraf Mühitin Mühafizəsi Agentliyi və Dövlət Ətraf Mühitin Mühafizəsi İdarəsi tərəfindən havanın keyfiyyətinə nəzarət zamanı yanğın tüstüsünün tərkibində zərərli xlor aşkarlandığını bildirən rəsmilər 90 mindən çox insana olduqları yerlərdə qapalı qalmaları barədə xəbərdarlıq ediblər. Yanğınla əlaqədar təxminən 17 min insan təxliyə edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...