ABŞ-da yeni “Alyaskapoks” virusundan ilk ölüm halı qeydə alınıb
ABŞ-ın Kenai yarımadasında yeni Alyaskapox virusundan (AKPV) ilk insan ölümü qeydə alınıb. Bu barədə Alyaskanın Səhiyyə Departamentinə istinadən Alyaska İctimai Mediası yazıb.
Fhnews.az “Gazeta” nəşrinə istinadən xəbər verir ki, onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi qeyd edilib.
Amerikalı meşəlik ərazidə yaşayırdı və pişikdən başqa heç kimlə əlaqəsi yox idi, özü də etiraf etdiyi kimi, kiçik məməliləri ovlayırdı. Mütəxəssislər daha sonra onu AKPV üçün test ediblər, lakin test mənfi çıxıb.
“Alyaskapoks” virusu ilk dəfə ştatda 2015-ci ildə aşkar edilib. Onun simptomları çiçək xəstəliyinə çox oxşardır. Epidemioloq Culia Rogersin izah etdiyi kimi, heyvanlar ilk növbədə AKPV ilə yoluxurlar. Bununla belə, o, virusun insandan insana keçməsinə dair heç bir dəlil olmadığını vurğulayıb.
Epidemioloqun fikrincə, insanların AKPV ilə yoluxma halları çoxalmayacaq. Bir insanın ondan ölümü, müstəsna bir hadisədir.
Mütəxəssislər virusun çox güman ki, yalnız xəstə heyvanla birbaşa təmasda keçdiyini irəli sürüblər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...