ABŞ-da təyyarə qəzasında dörd nəfər ölüb
ABŞ-ın İndiana ştatının Anderson şəhəri yaxınlığında tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.
Fhnews.az xəbər verir ki, bu barədə “Newsweek” portalı yerli şerif departamentinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, təyyarə cümə günü təxminən saat 06:45-də (Bakı vaxtı ilə 15:45) Fort-Dodc (Ayova ştatı) hava limanından havaya qalxıb və saat 10:00 (Bakı vaxtı ilə 19:00) radələrində Anderson hava limanına enməli idi.
Vurğulanıb ki, təyyarə qarğıdalı sahəsinə düşüb. Daha sonra ABŞ Federal Aviasiya Administrasiyası təyyarədə 4 nəfərin olduğunu və heç kimin sağ qalmadığını təsdiqləyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...