22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ABŞ-da təbii fəlakətlərdən sağ çıxanlar iqlim cinayətlərinin araşdırılmasını tələb edirlər

16-08-2024
IMG

On mindən çox insan ABŞ Ədliyyə Nazirliyinə məktub göndərərək qazıntı yanacağı sənayesində iqlim cinayətləri ilə bağlı federal araşdırma aparılmasını tələb edib.

Fhnews.az xarici mətbuata istinadla xəbər verir ki, məktubun təşəbbüskarı “Chesapeake Climate Action Network” ətraf mühit qrupu və “Public Citizen” istehlakçıların müdafiəsi qrupu olub.

“Biz qasırğalar, daşqınlar, ekstremal istilər, yanğınlar və iqlim dəyişmələri səbəbindən həyatımıza daha tez-tez və daha güclü təsir edən digər təhlükələri yaşadıq. Onlar alimlərin xəbərdarlıqlarına uyğun olaraq məsuliyyətlə hərəkət etmək əvəzinə, onilliklər boyu elmi çaşdırmaq və ictimaiyyəti azdırmaq üçün dezinformasiya kampaniyası aparıblar”, – deyə məktubda bildirilir.

Müraciət, həmçinin yaxınları iqlim fəlakətləri yaşayan amerikalılar tərəfindən imzalanıb və sənəddə böyük neft şirkətlərinin onilliklər ərzində məhsullarının təhlükəli olduğunu bildiyi və sübutları gizlətməyə çalışdığı isbat edilir.

Məktub iqlim məsuliyyəti naminə artan hərəkatın bir hissəsidir. Onlarla bələdiyyə neft və qaz sənayesinə qarşı iqlimlə bağlı dezinformasiya yayılması iddiası ilə mülki iddialar qaldırıb və ABŞ-ın bəzi ştatları iri neft şirkətlərindən iqlimə dəyən zərərin ödənilməsinə yönəlmiş qanun işləyib hazırlayır.

Paylaş: