ABŞ-da seçki qutularında yanğın: Yüzlərlə seçki bülleteni kül oldu
ABŞ-da polis rəsmiləri Oreqon və Vaşinqtonda seçki qutularında baş verən iki yanğının bir-biri ilə əlaqəli olduğunu deyərək bunu seçkiyə müdaxilə cəhdi kimi qiymətləndiriblər.
Portland Polis Bürosunun rəis müavini Amanda Millan mətbuat konfransında deyib ki, bu hərəkətlərin arxasında duran səbəbləri bilməsək də, onun məqsədyönlü və qəsdən törədildiyinin fərqindəyik. Biz seçki prosesinə təsir etməyə cəhd edən bu hərəkətdən narahatıq."
Portland Polis Bürosunun sözçüsü Mike Bennerin sözlərinə görə, seçki qutusuna yandırıcı qurğu quraşdırılıb və bunun nəticəsində yanğın çıxıb.
Vaşinqton qubernatoru Cey İnsli səsvermə məntəqələri ətrafında 24 saat təhlükəsizlik tədbirlərini gücləndirəcəklərini ifadə edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...