ABŞ-da qasırğa nəticəsində azı 15 nəfər ölüb
ABŞ-ın mərkəzi ştatlarında baş vermiş qasırğa nəticəsində azı 15 nəfər ölüb.
Fhnews.az xəbər verir ki, Texas, Oklahoma və Arkanzas ştatlarında baş vermiş güclü külək evləri dağıdıb, avtomobilləri aşırdıb, magistral yollar bağlanıb. Qasırğa nəticəsində xəsarət alanlar helikopterlər vasitəsilə xəstəxanalara çatdırılıb. İnsanlar sığınacaqlara yerləşdirilib. On minlərlə sakin elektriksiz qalıb.
Qeyd edək ki, bu həftə Ayova ştatında baş verən qasırğa azı 5 nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub.
Meteoroloqlar şənbə günü gecə və bazar günü səhər saatlarında bölgədə fırtına ehtimalı ilə bağlı əhaliyə xəbərdarlıq etmişdilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...