ABŞ-da qar fırtınası və qütb soyuqluğu nıticəsində ölənlərin sayı artıb
ABŞ-da ötən həftədən bəri qar fırtınası və arktik soyuqlar nəticəsində ölənlərin sayı 89-a yüksəlib. Ən çox itki ən azı 25 ölümlə Tennessidə baş versə də, Oreqon 16 ölümlə ikinci yerdədir.
İllinoys, Pensilvaniya, Missisipi, Vaşinqton, Kentukki, Viskonsin, Nyu-York, Nyu Cersi və bir çox başqa ştatlarda da ölüm halları qeydə alınıb. Sietldə cəmi dörd gündə əksəriyyəti evsiz olan 5 nəfər ölüb.
Missisipi ştatında orta məktəblər və universitetlər əlverişsiz hava şəraiti səbəbindən təhsilə ara verib. Oreqonda təxminən 10 min, Şimali Karolinada 8 min, Kaliforniyada 7 min və Kentukkidə 4 min 300 insan işıqsız qalıb.
Əlverişsiz hava şəraitinin həftənin əvvəlinə qədər davam edəcəyi gözlənilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...