22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ABŞ-da  insanların rəqəmsal surətləri qadağan ediləcək

08-08-2024
IMG

ABŞ qanunvericiləri fərdləri süni intellekt tərəfindən yaradılan rəqəmsal nüsxələrdən qorumaq məqsədi daşıyan yeni qanun layihəsi təqdim ediblər. “Orijinalları bəslə, İncəsənəti Təmin et və Əyləncəni Təhlükəsiz Tut” mənasını verən “NO FAKES”aktı tək bir şəkil və ya audio yazıdan real dərin saxtakarlıqlar yarada bilən qabaqcıl generativ süni intellekt alətlərinə cavab olaraq gəlir.

Demokrat senatorlar Chris Coons və Amy Klobuchar və Respublikaçı senatorlar Marşa Blackburn və Tom Tillis tərəfindən təklif edilən qanun layihəsi, bir insanın sağ ikən və ölümündən sonra 70 il ərzində onların razılığı olmadan oxşarlığının rəqəmsal surətinin çıxarılmasının qarşısını alacaq.

“Hər kəs öz səsinə və bənzərliyinə sahib olmaq və qorumaq hüququna malikdir. Həyatın bütün təbəqələrindən olan amerikalılar getdikcə daha çox süni intellektin reklamlarda, şəkillərdə, musiqilərdə və videolarda onların razılığı olmadan dərin saxtakarlıqlar yaratmaq üçün istifadə edildiyini görürlər.Qanunlarımız bu sürətlə inkişaf edən texnologiya qədər mükəmməl olmalıdır.”-deyə senatorlar çağırış ediblər. 

Qanun layihəsi həmçinin etika ekspertlərinin ölü insanların süni intellektlə simulyasiyalarının onların sağ qalan dostları və qohumları üçün “arzuolunmaz rəqəmsal təqib” riski yaratdığı barədə xəbərdarlıqlarından sonra hazırlanır.

Qanun qüvvəyə minərsə, “NO FAKES”  aktı fiziki şəxsləri və ya şirkətləri razılıq olmadan rəqəmsal nüsxələrin istehsalına görə, Instagram və X kimi platformalar isə icazəsiz dərin saxtakarlıqlara ev sahibliyi etmək üçün məsuliyyət daşıyacaq.

Paylaş: