ABŞ-da minlərlə avtomobil limanlarında qalıb
ABŞ limanlarında minlərlə “Porsche”, “Bentley” və “Audi” avtomobilləri bloklanıb.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, səbəb “Porsche” şirkətinin aid olduğu “Volkswagen” konserninin məcburi əmək qanunlarını pozduğu iddia edilən Çin istehsalçısının detalının aşkar edilməsi olub.
Avtomobil istehsalçısı yeni maşınların çatdırılmasını martın sonuna qədər təxirə salıb, çünki Qərbi Çindən gələn elektron komponent əvəz edilməli olub.
Həmin detalın Sincan-Uyğur avtonom rayonunda istehsal edilib-edilmədiyi təsdiqlənməyib. “Volkswagen” konserni onun aşkar olunması barədə dərhal ABŞ səlahiyyətlilərini xəbərdar edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...