22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ABŞ-da “Milton” qasırğasının intensivliyi 5-ci kateqoriyaya yüksəlib

08-10-2024
IMG

ABŞ-nın Florida ştatının rəsmiləri materikə yaxınlaşan “Milton” qasırğasının 5-ci kateqoriyaya yüksəldiyini və ardıcıl təxliyə əmrləri verdiyini açıqlayıb. Florida Fövqəladə Hallar İdarəsinin icraçı direktoru Kevin Qutri mətbuat konfransında ştat sakinlərinə 5-ci kateqoriyaya yüksəldiyi bildirilən qasırğa ilə bağlı xəbərdarlıq edib. 

Guthrie qeyd edib ki, ərazi vaxtında tərk edilərsə, dalğaların artması səbəbindən mümkün ölüm hallarının qarşısı alına bilər. Sözügedən evakuasiya əmri Florida ştatının ən azı 50 rayonunu əhatə edir. Sakinlərdən bir neçə gün davam edəcək qida, su, dərman və batareyalardan ibarət fəlakət dəsti hazırlamaq tələb edilib. 

Milli Qasırğa Mərkəzi də son paylaşımlarında qasırğanın Meksika körfəzində sürətlə gücləndiyini paylaşıb. Qasırğa Mərkəzi “Milton”un çərşənbə axşamı həyat üçün təhlükə yaradan böyük qasırğa kimi quruya çıxacağını və Tampa Körfəzi də daxil olmaqla bəzi ərazilərdə 3 metrdən çox dağıdıcı dalğalara səbəb ola biləcəyini proqnozlaşdırıb.

Bundan əlavə, axşam saatlarında sürəti saatda 180 mil (təxminən 290 kilometr) artan qasırğanın keçid marşrutu üzərində olan Orlando Beynəlxalq Hava Limanı başda olmaqla bəzi hava limanlarının uçuşlara bağlanacağı açıqlanıb.

Paylaş: