ABŞ-də kəskin soyuq hava şəraiti səbəbindən ölənlərin sayı 60-ı ötüb
ABŞ-də son bir həftə ərzində kəskin soyuqlar səbəbindən azı 61 nəfər ölüb.
Fhnews.az xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.
Məlumata görə, ölüm hallarının əksəriyyəti Tennessi və Oreqon ştatlarında qeydə alınıb.
Bundan əvvəl 47 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, yanvarın 12-dən başlayaraq ABŞ-nin bir çox ştatlarında kəskin soyuqlar hökm sürür. Mərkəzi bölgələrdə temperatur mənfi 34,4 dərəcəyə düşüb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...