22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ABŞ-da "Helene" qasırğası nəticəsində ölənlərin sayı 227-yə yüksəlib

06-10-2024
IMG

Florida sahillərini təxminən 225 kilometr sürətlə vuran “Helene” qasırğasının yaratdığı fəlakətlərdə həyatını itirənlərin sayı artmaqda davam edir.

Qasırğanın yaratdığı güclü külək və daşqınların təsirli olduğu Şimali Karolina, Cənubi Karolina, Corciya, Florida və Virciniya əyalətlərində açıqladığı ölənlərin sayı 227-yə yüksəlib.

İtkin düşənlərin sayının hələ də qeyri-müəyyən olduğu və ölənlərin sayının arta biləcəyi bildirilir. 

Qasırğa səbəbindən bölgədə yüzlərlə yol hələ də nəqliyyatın hərəkəti üçün bağlanıb.

Xatırladaq ki, “Helene” 2005-ci ildə “Katrina” qasırğasından sonra ABŞ ərazisini vuran ən ölümcül qasırğa olub.

Paylaş: