ABŞ-da "Helene" qasırğası nəticəsində ölənlərin sayı 200-ə çatıb
Keçən həftə 4-cü kateqoriyası ilə ABŞ-nın Florida ştatının sahil xəttinə çatan “Helene” qasırğasının yaratdığı fəlakətlərdə həyatını itirənlərin sayının 200-ə yüksəlib.
Florida sahillərini təxminən 225 kilometr sürətlə vuran qasırğanın yaratdığı fəlakətlərdə həyatını itirənlərin sayı artmaqda davam edir.Qasırğanın yaratdığı güclü külək və daşqınların təsirli olduğu Şimali və Cənubi Karolina, Corciya, Florida və Virciniya ştatlarında ölənlərin sayı ümumilikdə 200-ə çatıb.
Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi bu günə qədər ən azı 2100 nəfərin xilas edildiyini açıqlayıb.Qasırğa səbəbindən bölgədə yüzlərlə yol hələ də nəqliyyat üçün bağlanıb.
“Helene” 2005-ci ildə “Katrina” qasırğasından sonra ABŞ ərazisini vuran ən ölümcül qasırğa olub.
İlon Maska məxsus SpaceX-in peyk internet xidməti Starlink qasırğadan zərər çəkmiş bölgələrə bir ay müddətində internet dəstəyi verəcəyini açıqlayıb.
ABŞ-da elektrik enerjisinin kəsilməsini izləyən “Powerotuages” internet saytının məlumatına görə, qasırğanın vurduğu ziyana görə bu 5 ştatda təxminən 1 milyon müştəriyə hələ də elektrik enerjisi verilməyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...