ABŞ-da havanın temperaturu normadan 5-8 dərəcə yuxarı qalxacaq
ABŞ-nın qərb bölgələrində istilərin normadan 5-8 dərəcə yuxarı qalxaraq rekord həddə çatacağı gözlənilir.
Las-Veqas şəhərində yerləşən Milli Hava Xidmətinin sosial media platformasındakı paylaşımında həftəsonu ölkənin qərb bölgəsində temperaturun daha da artacağı bildirilib.
Bura Arizona ştatının Kinqman bölgəsi, Kaliforniyanın Ölüm Vadisi və Bishop bölgələri daxildir. Qeyd edək ki, dünən Las-Veqasda 43,8 dərəcə istilik 2010-cu ildəki 43,3 dərəcə rekordunu qırıb və istilərin yaxın günlərdə daha da artacağı bildirilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...