ABŞ-da avtonom təhlükəsizlik robotları xidmətə başlayıb
Atlantada “robot polis” fəaliyyətə başlayıb. Atlanta Polis İdarəsi bildirir ki, son 7 ayda şəhərin Old Fourth Ward rayonunda qətl, zorlama və adam oğurluğu kimi 34 cinayət törədilib. Ərazidə yaşayan sakinlər küçələrdə güllələrin uçduğunu bildirirlər.
Xüsusilə yay aylarında cinayətlərin artdığını bildirən polis əməkdaşları bu aydan etibarən bir nəzarət robotunun patrul xidmətinə başladığını bildirib.
“Knightscope” tərəfindən istehsal edilən robot ictimai yerlərdə qeyri-adi vəziyyətləri izləyəcək və bu barədə səlahiyyətli orqanlara məlumat verəcək. Heç bir insan müdaxiləsi tələb etməyən robotun yatmağa və yeməyə ehtiyacı olmadığı üçün polisin yükünü yüngülləşdirməsi gözlənilir.
Qeyd edək ki, son zamanlar ABŞ-da təhlükəsizlik məqsədilə robotlardan istifadə edən şəhərlərin sayı artmaqdadır. Bu il Kaliforniyanın San Dieqo və Massaçusetsin Boston şəhərlərində də oxşar təcrübələr tətbiq edilib və hətta Bostonda robot cinayətkarı axtararkən güllələnib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...