ABŞ-da anomal istilər 270 milyon insanı əhatə edəcək
ABŞ-da hökm sürən anomal istilər həftə sonuna qədər 270 milyon insanı əhatə edəcək. ABŞ Milli Meteoroloji Xidmətinin yaydığı məlumata əsasən, bu, son onilliklərdə ən uzun davam edəcək anomal istilər olacaq. Bildirilib ki, 32 dərəcə və daha yüksək rekord istilər ABŞ-ın 200-ə yaxın şəhərini əhatə edəcək.
Sinoptiklər bu cür havanın adətən iyulun ortalarında qeydə alındığını açıqlayıblar.
Mütəxəssislər anomal istilərin daha da şiddətlənəcəyi xəbərdarlığını ediblər.
Çikaqo əhalisi istiliyi 40 dərəcəyə qədər hiss edəcək. Şərqi Nyu-York və Yeni İngiltərə bölgəsində istilik 41 dərəcəyə qədər yüksələcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...