ABŞ-da 600 milyon dollarlıq təzminat qərarı
Keçən il fevralın 3-də ABŞ-nın Ohayo ştatında qatar qəzasında ətraf mühitə yayılan zəhərli tullantılardan zərər çəkən sakinlərə 600 milyon dollar təzminat ödənilməsinə qərar verilib.
ABŞ-lı hakim Benita Pearson qəzada günahkar olduğu müəyyən edilən yük daşıma şirkəti “Norfolk Southern”in səbəb olduğu ekoloji fəlakətə görə 600 milyon dollar təzminat ödəməsi qərarına gəldiyini açıqlayıb.
Qərarda bu məbləğin qatarın relsdən çıxdığı və aşdığı Şərqi Fələstin qəsəbəsindəki qəza nöqtəsindən 20 mil (təxminən 32 kilometr) yaxınlıqda yaşayan təxminən 55 min sakin arasında bölüşdürüləcəyi bildirilib.
Məhkəmə sənədlərində vurğulanıb ki, qəza yerinə yaxın olanlarlar daha çox təzminat alacaqlar. Bildirilib ki, qəza yerindən 2 mil (3,2 kilometr) və ya daha az məsafədə yaşayanlara hər evə 70 min dollara qədər, sağlamlıq problemlərinə görə isə adam başına 25 min dollara qədər pul ödəniləcək.
Bununla belə, bəzi iddiaçılar razılaşdırılmış rəqəmə etiraz edərək, ekoloji fəlakətin nəticələrinin hələ tam məlum olmadığını əsas gətirirlər.
Xatırladaq ki, ABŞ-nın Ohayo ştatının Şərqi Fələstin şəhəri yaxınlığında “Norfolk Southern” dəmir yolu şirkətinə məxsus kimyəvi maddələr daşıyan 150 vaqondan ibarət qatarın 50 vaqonu relsdən çıxaraq partlamışdı.
Qəzadan sonra ətrafa yayılan kimyəvi maddələr ekoloji fəlakətə səbəb olub, havaya çox miqdarda zəhərli maddələr qarışdığı üçün ərazidə yaşayan sakinlər təxliyə edilib.
Qəzadan 3 gün sonra evlərinə qayıda bilən bölgə sakinləri baş ağrısı, göz yanması, öskürək və yorğunluqdan şikayətlənərkən, ətrafdakı su ehtiyatlarına kimyəvi maddələrin qarışması, torpaq və heyvanların tələf olması xəbərləri yayılmışdı.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...