22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ABŞ-da 100 milyon insan həddindən artıq istilərlə mübarizə aparır

24-06-2024
IMG

ABŞ-da genişlənən “isti qübbəsi” səbəbindən 27 ştatda təxminən 100 milyon insanın həddindən artıq isti havanın təsiri altında olduğu bildirilir.

Avstraliyanın ABC telekanalının məlumatına görə, yüksək təzyiq sisteminin uzun müddət eyni ərazidə asılması və altında isti havanın tutulması nəticəsində meydana gələn istilik qübbəsinin genişlənməsi həddindən artıq temperaturlara səbəb olur.

Genişlənən istilik qübbəsi səbəbindən ABŞ-nın ən sıx məskunlaşdığı Nyu-York və Los Anceles də daxil olmaqla 27 ştatdan təxminən 100 milyon insan həddindən artıq isti dalğalarına məruz qalıb.

Bildirilib ki, Nyu-Yorkda temperatur 35,5 dərəcəni keçə bilər ki, bu da 136 illik rekorddur.Ölkənin qərbində yerləşən Vaşinqton ştatında havanın temperaturu 2012-ci ildən bəri ilk dəfə iyun ayında 37,7 dərəcəyə çatıb.

ABŞ-nın qərbindəki Kaliforniya, Nevada, Arizona və Yuta ştatlarında temperaturun 37,7 dərəcəni keçəcəyi gözlənilir.

Paylaş: