22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ABŞ, Cənubi Koreya və Yaponiyanın müdafiə nazirləri regional məsələləri müzakirə edəcək
 

26-05-2024
IMG

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Yaponiya ilə Cənubi Koreyadan olan həmkarları Kihara Minoru və Şin Von-şik ilə görüşdə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Fhnews.az Cənubi Koreya mediasına istinadla xəbər verir ki, nazirlərin görüşü mayın 31-də Sinqapurda işə başlayacaq Şanqri-La Təhlükəsizlik Dialoqu çərçivəsində baş tutacaq. Görüşdə Koreya yarımadası da daxil olmaqla regional təhlükəsizlik məsələləri gündəmdə olacaq.

Pentaqonun açıqlamasına görə Lloyd Ostin Sinqapurda çinli həmkarı Don Cün ilə də görüşəcək.

Ekspertlər hesab edir ki, Şanqri-La forumu Çinin Tayvan adası ətrafında irimiqyaslı hərbi təlimləri, Şimali Koreyanın yeni hərbi kəşfiyyat peykini orbitə çıxarmağa hazırlaşdığı bir dövrə təsadüf edir. Bundan başqa, Çinin və Şimali Koreyanın Ukrayna müharibəsində istifadə üçün Rusiyaya silah və hərbi sursat tədarük etməsi ilə bağlı qərb ölkələrinin iddialarının çoxaldığı bir dövrə təsadüf edən forum və onun çərçivəsində keçiriləcək görüşlərin nəticələri diqqət mərkəzindədir.

Paylaş: