Abituriyentlərin nəzərinə: BMU-da məsləhət mərkəzi fəaliyyət göstərir
Bu ildən etibarən Bakı Mühəndislik Universitetində (BMU) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaradılan Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərir.
BMU-dan verilən məlumata görə, abituriyentlər ixtisas seçimi və onları maraqlandıran digər suallarla bağlı həftə içi saat 10:00-dan 17:00-dək Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər (Ünvan: Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, 120. Telefon: +994 12 349 99 95).
Məsləhət mərkəzində xüsusi treninq keçmiş əməkdaşlar çalışırlar. Burada abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki məsələlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz yardım olunur.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...