22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

6 ayadək dövr ərzində təkrar əlillik təyin olunmuş 31,5 min şəxsə həmin dövr üzrə 13,3 milyon manatdan çox vəsait ödənilib
 

15-03-2024

2021-ci ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ayadək dövr ərzində təyin edilən əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir.

Beləliklə, həmin aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödəniş verilir.

Fhnews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, bu tədbir ötən dövrdə 31 min 505 şəxsi əhatə edib.

Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki 6 ayadək dövr üzrə 13,3 milyon manatdan çox vəsait ödənilib.

Paylaş: