34 yaşlı Qabriel Attal Fransanın yeni baş naziri oldu
Fransa prezidenti Emmanuel Makron təhsil naziri Qabriel Attalı Elizabet Bornenin yerinə baş nazir təyin edib. Yelisey Sarayından verilən açıqlamada prezident Makronun Qabriel Attalı baş nazir təyin etdiyi və hökuməti qurmaq vəzifəsini ona verdiyi bildirilib.
34 yaşlı Attal əvvəllər Loran Fabiusun sahib olduğu "Fransanın ən gənc baş naziri" titulunun yeni sahibi oldu.Dünən Borne istefa ərizəsini prezident Makrona təqdim etdikdən sonra baş nazir postu üçün adı çəkilən adlar arasında Attal da var idi.
Keçən il Pap Ndiayenin yerinə təhsil naziri təyin edilən Attal son 65 ildə hökumət üzvləri arasında ən gənc üzv olub. Attalın dünyəviliyə zidd olduğu səbəbilə dövlət məktəblərində abaya (uzun paltar) geyinməsini qadağan etməsi mübahisələrə səbəb olmuşdu.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...