3000 illik Mesopotamiya kərpicləri Yerin maqnit sahəsi haqqında həqiqəti ortaya qoyur
Böyük Britaniyanın London Akademiyası və ABŞ-nın Viçita Dövlət Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada 3 min il əvvəl Yerin maqnit sahəsində anomaliya olduğu müəyyən edilib.
Qədim Mesopotamiyaya aid 32 kərpicdə dəmir oksidi nisbətlərini laboratoriyada araşdıran alimlər eramızdan əvvəl 1050-550-ci illərdə Yaxın Şərqdə yüksək dərəcədə maqnit konsentrasiyasının olduğunu müəyyən ediblər. Dəmir oksidinin izləri tədqiqatçılara kərpiclərin ilk dəfə yandırıldığı zaman Yerin maqnit sahəsinin istiqaməti və gücünə dair ipucular verib.
Alimlər 12 şahın adını daşıyan bu daş bloklardakı dəmir oksidi dənələrinin maqnit xüsusiyyətlərini ölçməklə kralların hakimiyyəti dövründə Yerin maqnit sahəsi haqqında məlumat əldə ediblər.Eramızdan əvvəl 605-562-ci illər arasında Babil kralı II. Navuxodonosorun hakimiyyəti dövründə Yerin maqnit sahəsinin nisbətən qısa müddətdə kəskin şəkildə dəyişdiyi görülüb.
Bu, maqnit sahəsinin intensivliyində sürətli artımın mümkün olması ilə bağlı fərziyyə üçün əlavə sübutlar verib. Digər tərəfdən, sözügedən dövrdə maqnit sahəsinin dəyişməsinin səbəbinin hələ başa düşülmədiyi bildirilib. Bunun təsirlərinin Bolqarıstandan Çinə və Azor adalarına yayıldığı, lakin anomaliya ilə bağlı tapıntıların indiyə qədər Yaxın Şərqdə görülmədiyi ifadə edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...