3 mart “Ümumdünya Vəhşi Təbiət Günü”dür
“Ümumdünya Vəhşi Təbiət Günü” ilə əlaqədar martın 3-də Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək.
Fhnews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vəhşi təbiətin qorunmasının vacibliyi, nadir bitki və heyvan növlərinin müxtəliflliyinin təbliği və cəmiyyətin bütün yaş təbəqələrində təbiətə qayğı hissinin gücləndirilməsi məqsədilə “Ümumdünya Vəhşi Təbiət Günü” 2013-cü ildən bütün dünyada qeyd edilir.
Hər il müxtəlif adlar altında qeyd olunan “Ümumdünya Vəhşi Təbiət Günü” bu il “İnsanlar və Planetlər birləşməklə vəhşi təbiətin qorunmasında rəqəmsal innovasiyaların tədqiqi” devizi altında keçirilir.
Nazirlik bu əlamətdar günü təbiət qoynunda keçirmək istəyən hər kəsi ölkəmizin müxtəlif coğrafi mövqelərini əhatə edən ən zəngin təbii landşaftlara və özünəməxsus ekosistemlərə malik milli parklarımıza səyahət etməyə dəvət edir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...