285 illik limon hərracda satılıb (foto)
Britaniyanın "Brettells" hərrac evində 285 illik limon satılıb.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, xarab olan meyvə anonim alıcıya 1780 dollara başa gəlib.
Limon uzun illər 19-cu əsrə aid olan şkafda qalıb. Sitrus bitkisi mebelə baxış zamanı çəkməcələrdən birində aşkar olunub.
Limonun üzərində isə P.Lou Françini tərəfindən 1739-cu il noyabrın 4-də Miss Baxsterə verildiyi haqda yazı olub.
Hərrac evinin rəhbəri David Brettell qeyd edib ki, meyvənin tam qurumasına baxmayaraq, gözlənilmədən 285 il ərzində yaxşı qalıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...