2700 illik məzarda 150-dən çox tarixi əsər tapılıb
İtaliyada zadəganlara aid olduğu güman edilən 2700 illik məzar tapılıb. Təxminən 4 ilə 2 metr ölçüdə olan türbə diametri təxminən 30 metr olan dairəvi xəndəkdə yerləşir. Qeyd edək ki, Boloniya Universitetinin tədqiqatçıları təxminən 6 ildir ki, İtaliyanın Korinaldo şəhərində arxeoloji tədqiqatlar aparırlar.
“ArcheoNevola” adlı layihə çərçivəsində 2018-ci ildə bölgədə Piceni şahzadəsinə aid olduğu düşünülən məzar aşkar edilib. Eramızdan əvvəl 7-ci əsrə aid olan bu türbə böyük həyəcana səbəb olub.
Piceni xalqı eramızdan əvvəl 9-cu əsrdən eramızdan əvvəl 3-cü əsrə qədər indiki Marche və Abruzzo arasında yaşamışdır. Qədim Roma sivilizasiyası sonralar bu bölgəni öz hakimiyyəti altına alıb.
Korinaldo Bələdiyyəsinin iyulun 27-də verdiyi açıqlamada bölgədə eramızdan əvvəl 7-ci əsrə aid yeni xəzinələrin aşkar edildiyi bildirilib. Açıqlamada bildirilib ki, yeni tapıntılar əvvəlkiləri üstələyir.
Piceni xalqından olan nəcib bir insana aid olduğu düşünülən təxminən 2700 illik məzardan 150-dən çox tarixi əsər çıxarılıb. Bunların arasında ən maraqlısı iki təkərli araba olub. Məzarda əsilzadənin qalıqları ilə yanaşı, bir sıra tunc əşyalar, dəbilqə, qazan və nəfis şəkildə bəzədilmiş qablar da tapılıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...