22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

237 milyon illik sirli fosil dinozavrların ortaya çıxmasına işıq salır

15-10-2024
IMG

Elm adamları 237 milyon il əvvələ aid dünyanın ən qədim fosillərindən birinin Braziliyada tapıldığını açıqlayıblar. Məqalənin müəllifi Rodrigo Temp Müller "Bu tapıntının ən əhəmiyyətli hissəsi onun yaşıdır. Çox köhnə olduğu üçün bizə dinozavrların necə ortaya çıxdığına dair ipucları verir"-deyib. Ən qədimlərdən biri olduğuna inanılan bir fosil dinozavrların necə ortaya çıxmasını izah etməyə kömək edə bilər.

Gondwanax paraisensis adlı dördayaqlı sürünən, təxminən uzun quyruğu olan kiçik bir it ölçüsündə və ya təxminən bir metr uzunluğunda altı kiloqram çəkidə olub.  

Bu kiçik sürünən  dünyanın daha isti olduğu vaxtlarda indiki Braziliyanın cənubunda olan ərazilərdə dolaşıb.

Fosilin nəsli kəsilmiş sürünənlər qrupu olan yeni silesaurid olduğu müəyyən edilib.

Paleontoloqlar silesauridlərin əsl dinozavrlar və ya bir vaxtlar Yer kürəsində hökmranlıq edən canlıların prekursorları olub-olmadığını müzakirə edirlər.

"Bu sələflərin xüsusiyyətlərini başa düşmək dinozavrların təkamül uğuru üçün nəyin vacib olduğuna aydınlıq gətirə bilər”-deyə alimlər bildirib.
Trias dövrünə aid, 252 milyon ilə 201 milyon il əvvələ aid qaya qatında tapılan Gondwanax paraisensis fosili dinozavrların, eləcə də məməlilərin, timsahların, tısbağaların və qurbağaların ilk dəfə ortaya çıxdığı dövrə aiddir.

Həkim Pedro Lukas Porsela Aurelio fosili 2014-cü ildə Braziliyanın ən cənubundakı Rio Qrande-du-Sul əyalətindəki Paraiso do Sul şəhərində tapib və 2021-ci ildə onu yerli universitetə bağışlayaraq üç illik araşdırmaya başlayıb.

Paylaş: