22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

2050-ci ilə qədər gənclərin təxminən 40 faizi miopik ola bilər

04-10-2024
IMG

Yeni hesablamalara görə, dünyada sürətlə artan miopi epidemiyası həyəcan verici səviyyələrə çatır. 2050-ci ilə qədər 740 milyondan çox uşaq və yeniyetmənin uzaq məsafələrdə olan obyektləri görməkdə çətinlik çəkə biləcəyi proqnozlaşdırılır.

Bu həyəcanverici proqnozlar 2023-cü ilə qədər 50 ölkədən toplanmış məlumatların qlobal icmalına əsaslanır. Əvvəlki proqnozlar, 2015-ci ilə qədər olan məlumatlardan istifadə edərək, 2050-ci ilə qədər dünya əhalisinin yarısının miopi olacağını proqnozlaşdırırdı.

Çinin Sun Yat-Sen Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi yeni analiz 5,4 milyon uşaq və yeniyetməni və 2 milyona yaxın miopi hadisəsini əhatə edən 276 araşdırmaya əsaslanır.

Hesablamalara görə Asiyada miopi nisbəti yüzdə 70-ə çata bilər.

1990-2023-cü illər arasında 5-19 yaşlı insanlarda miopiyanın qlobal nisbəti 24 faizdən 36 faizə yüksəlib.

Miopiyanın ən yüksək olduğu ölkə yüzdə 86 ilə Yaponiya olarkən, ən aşağı nisbət yüzdə 0,84 ilə Paraqvayda müşahidə olunub.

Əgər uşaqlar və yeniyetmələr arasında miopi nisbəti bu sürətlə artmağa davam edərsə, 2050-ci ilə qədər dünya üzrə gənc əhalinin təxminən 40 faizinin miopiyaya məruz qalacağı gözlənilir.

Bildirilib ki, son 30 ildə, xüsusilə 2020-ci ildən sonra təkcə bir neçə regionda deyil, bütün dünyada miopiya nisbətlərinin artması müşahidə olunub.

Bundan əlavə, COVID-19 pandemiyası zamanı uşaqlar arasında miopiya nisbətinin artıdığna dair sübutlar var.

Honq-Konqda 6-8 yaş arası 709 uşaq üzərində aparılan araşdırma pandemiyanın ilk ilində miopiyanın sürətlə artdığını aşkar edib.

Uşaqların pandemiya zamanı daha çox qapalı yerlərdə qalmaları və distant təhsillə ekran qarşısında uzun müddət qalmaları miopiya riskini artıran amillərdən biri olaraq görülür.

Tədqiqatçılar Asiyada miopiyanın yüksək nisbətlərini illərlə təhsillə əlaqələndirirlər. Sinqapur və Honq Konqda uşaqlar təhsilə cəmi iki və ya üç yaşından başlayırlar. Erkən yaşda başlayan təhsil proseslərinin uşaqlıqda miopiya nisbətlərinə təsir edə biləcəyi düşünülür.

Paylaş: