22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

2050-ci ilə qədər dünyada xərçəngdən ölənlərin sayı iki dəfə arta bilər

07-11-2024
IMG

Hesablamalara görə, 2022-2050-ci illər arasında xərçəngə yoluxma halları 77 faiz arta bilər.

Avstraliyanın Kvinslend Universitetindən olan Habtamu Bizuayehunun rəhbərlik etdiyi alimlər heyəti Qlobal Xərçəng Rəsədxanasının məlumat bazasından 185 ölkədə 36 növ xərçəngə yoluxma və ölüm nisbətləri ilə bağlı son rəqəmlərə baxaraq bu qənaətə gəliblər. Daha sonra onlar bu dərəcələri Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının 2050-ci ilədək əhali proqnozlarına tətbiq etməklə gələcək hadisələri və ölümləri proqnozlaşdırıblar. 

Müəyyən edilib ki, 2022-ci ildən 2050-ci ilə qədər bütün dünyada xərçəngə yoluxma hallarının ümumi sayının təxminən 77 faiz artacağı gözlənilir ki, bu da 2022-ci ildəki 20 milyon xəstəliyə əlavə olaraq 2050-ci ildə 15,3 milyon daha çox hadisənin baş verəcəyi deməkdir.

Hesablamalara görə, bu müddət ərzində qlobal xərçəng ölümlərinin təxminən 90 faiz artacağı və 2050-ci ildə 9,7 milyon insanın xəstəlikdən öləcəyi təxmin edilir.

Ən böyük artım gözlənilən ömür uzunluğu, təhsil səviyyəsi və adambaşına düşən gəlirə əsaslanan BMT-nin İnsan İnkişafı İndeksində aşağı və ya orta yerdə olan ölkələrdə gözlənilir.

Qeyd olunub ki, Niger və Əfqanıstan kimi ölkələrdə 2050-ci ilə qədər xərçəngə yoluxma və ölüm halları orta hesabla üç dəfə artacaq.
Norveç kimi çox inkişaf etmiş ölkələrdə ölümlərin orta hesabla 56 faizdən çox artacağı proqnozlaşdırılır.

Paylaş: