22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

2024-cü ilin fevralı tarixindəki ən isti ay ola bilər

18-02-2024

2024-cü ilin fevral ayı, dünyada quruda və okeanlarda ən çox temperatur rekordunu qıraraq, meteomüşahidələr tarixindəki ən isti fevral ola bilər.

Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, Klimatoloq Maksimiliano Herreranın sözlərinə görə, bu ayın birinci yarısında 140 ölkədə aylıq istilik rekordları qırılıb.

Belə ki, fevralın 5-dən fevralın 11-dək monitorinq stansiyaları Cənubi Afrika, Səudiyyə Ərəbistanı, Tailand, İndoneziya, Qazaxıstan, Kolumbiya, Yaponiya, Şimali Koreya, Maldiv adaları və Belizdə tarixi temperatur maksimumlarını qeydə alıb.

Herrera qeyd edib ki, Mərakeşdə fevralın bir günündə 12 meteoroloji stansiya 33,9°c temperatur qeydə alıb ki, bu da istənilən qış ayı üçün ən yüksək göstərici olmaqla bərabər, həm də iyulun orta temperaturundan 5°c yüksəkdir.

Okeanın səthində də yüksək temperatur müşahidə edilir. Qasırğalar üzrə ekspert Maykl Lourinin sözlərinə görə, fevralın ortalarında Atlantik okeanında su iyulun ortalarında olduğu kimi isti olub. Ekspert əlavə edib ki, vəziyyət inanılmazdır.

Tədqiqatçılar razılaşırlar ki, anomal istilər El Nino iqlim fenomeninin güclü təzahürü ilə bağlıdır. Burada istixana qazı emissiyaları, küləklərin zəifləməsi, dəyişkən Şimali Atlantika cərəyanı dövriyyəsi və hətta dünya okeanlarının çox hissəsini intensiv günəş şüalarına məruz qoyan hava çirklənməsinin azalması da rol oynayır.

Paylaş: