2024-cü ildə də dünya ən isti ili yaşayacaq
Türkiyənin Boğaziçi Universiteti İqlim Dəyişikliyi və Siyasətlər Tətbiq və Araşdırma Mərkəzi Müdiri professor Levent Kurnaz 2023-cü ilin El Nino effektinə görə bütün zamanların ən isti ili olduğunu və bu durumun 2024-cü ilin yay aylarına qədər davam edə biləcəyini açıqlayıb.
Dünya tarixinin ən isti 10 ili iqlim dəyişikliyi və qlobal istiləşmə səbəbiylə 2010-2022-ci illər arasında yaşandığı halda, El Nino effektinə görə temperatur rekordunun 179 gündə yeniləndiyi 2023-cü il bütün zamanların ən isti ili olub.
"2023-cü il bəşəriyyətin indiyə qədər yaşadığı ən isti il oldu, biz son 125 min ildə belə isti bir il yaşamadıq. Xüsusilə ilin ikinci yarısında, yəni iyul ayından başlayaraq El Nino effekti ilə temperatur normadan çox yüksək olmağa başladı.
El Nino-nun təsirli olduğu illər 2016 və 2020-ci illər olub. 2023-cü il onların hər ikisini böyük fərqlə üstələyir.”-deyə alim bildirib.
Alimlər El Nino təsirlərinin 2024-cü ildə də davam edəcəyini, şiddətli hava hadisələri və yüksək temperatur dəyərlərinin buna uyğun olaraq davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Bunun ən azı mart və aprel aylarına qədər davam edəcəyini söyləyən tədqiqatçılar Türkiyə və Avropanın demək olar ki, gələn yazın ortalarına qədər çox ciddi bir isti dövr yaşayacağınə proqnozlaşdırıblar.
Temperatur rekordunun qırıldığı günün tarixin ən isti günü olduğunu qeyd edən Levent Kurnaz istilərin 2024-cü ilin iyun ayına qədər, hətta iyundan sonra da davam edə biləcəyini proqnozlaşdırıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...