22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

2024-cü il Nobel Mükafatları üçün geri sayım başlayıb

07-10-2024
IMG

1901-ci ildə isveçli kimyaçı, mühəndis və iş adamı Alfred Nobelin vəsiyyəti ilə təsis edilən mükafatlar təməlqoyma işlərini qiymətləndirmək məqsədi daşıyır. Bu mükafatlar Alfred Nobelin təbirincə desək, “bəşəriyyətə ən böyük fayda verənlərə” verilir. O, 6 kateqoriyaya bölünür: fizika, kimya, tibb, iqtisadi elmlər, sülh və ədəbiyyat.

Elm dünyasının bu yüksək mükafatlarını kimin alacağını proqnozlaşdırmaq isə  olduqca çətindir. 

Bu il oktyabrın 7-14-də keçiriləcək mərasimlər yaxınlaşdıqca, “CNN” hələ Nobel mükafatını almamış, lakin nüfuzlu mükafata layiq olduğu düşünülən 5 əsəri bir araya toplayıb. 

1.  İnsan genomunun xəritələşdirilməsi

Dünya üzrə minlərlə alimin iştirak etdiyi İnsan Genomu Layihəsi 1990-cı ildə başlamış və 2003-cü ildə tamamlanmışdır. 

Layihənin sonunda insan genomunun ilk dəfə xəritələşdirilməsi biologiya və tibb kimi müxtəlif sahələrdə böyük əks-səda doğurdu. 

Tədqiqat insan DNT-sini təşkil edən üç milyard kimyəvi əsas cütünün ardıcıllığı haqqında əsas məlumatları təmin etdiyi üçün vacibdir. Sonrakı illərdə İnsan Genomu Layihəsi bəzi xəstəliklərlə əlaqəli müxtəlif genlərin müəyyən edilməsinə səbəb oldu. 

Bu təməlqoyma işinin Nobel mükafatına layiq görülməməsinin səbəbi çox güman ki, çoxlu elm adamlarının iştirak etməsidir. 

Nobelin 1895-ci il tarixli vəsiyyətində göstərdiyi qaydalara görə, hər bir mükafat maksimum üç nəfərə verilə bilər. 

2. Piylənməyə qarşı semaqlutidin inkişafı

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər 8 nəfərdən biri piylənmədən əziyyət çəkir. GLP-1 adlı hormonu təqlid edən arıqlama dərmanları son illərdə bu xəstəliklə mübarizə səylərində ön plana çıxıb. 

Svetlana Mojsov piylənmənin müalicəsində inqilab etdiyi iddia edilən semaqlutid adlı bu dərmanı inkişaf etdirən qrupun bir hissəsi olan  Joel Habener və Lotte Bjerre Knudsen 2024-cü il Lasker-DeBakey Klinik Tibbi Araşdırma Mükafatına layiq görüldülər. Bu mükafat ümumiyyətlə ixtira və ya alimin Nobel mükafatını qazanıb qazanmayacağının göstəricisi hesab olunur.

Rokfeller Universitetinin biokimyaçısı Mojsov və endokrinoloq və Harvard Tibb Məktəbinin tibb professoru Habener GLP-1-in identifikasiyası və sintezinə töhfə verdilər. Semaglutide Ozempic markası ilə bazara çıxaran Novo Nordisk tədqiqatçısı Knudsen GLP-1-in kilo verməyə kömək edən təsirli bir dərmana çevrilməsində mühüm rol oynadı.

3. Dünyanı dəyişdirə bilən süni intellekt

Süni intellekt elmi araşdırmalara getdikcə daha çox cəlb olunduqca, onun dünyanı dəyişdirmək potensialı da ön plana çıxır. 

ABŞ-nın “Clarivate” analiz şirkətinin Elmi İnformasiya İnstitutunun Tədqiqat Təhlili şöbəsinin rəhbəri Devid Pendleberinin sözlərinə görə, izdihamlı bu sektorda Nobel mükafatına layiq görülə biləcək iki ad var. 

Pendlebury bu adları illər ərzində digər elm adamları tərəfindən nə qədər tez-tez sitat gətirildiyinə əsaslanaraq müəyyən edir. Tədqiqat üzrə ekspertin fikrincə, nüfuzlu mükafatı “Google DeepMind”dən Demis Hassabis və Con Jumper qazana bilər. 

İkili tərəfindən hazırlanmış AlphaFold Protein Structure Database amin turşusu ardıcıllığından zülalların üçölçülü strukturlarını həll edən süni intellekt proqramıdır. Dünyada ən azı 2 milyon tədqiqatçı tərəfindən istifadə edilən proqram zülallar üçün Google kimi fəaliyyət göstərir. 

AlphaFold ilə bağlı məqalə 2021-ci ildə aparıcı ekspert rəyi olan “Nature” jurnalında dərc olunub. O vaxtdan bəri ən azı 13 min dəfə istinad edilən araşdırma 2023-cü ildə Hassabis və Jumperə Lasker Mükafatını qazandırsa da, ən azı hələ ki, Nobel mükafatına layiq görülməyiblər. 

4. Bağırsaq florası sahəsində tədqiqatlar

İnsan orqanizmində trilyonlarla bakteriya, virus və göbələk var. Mikrobiom kimi tanınan bu strukturların sağlamlığa çox böyük təsiri var.
Bağırsaqlarda yaşayan və bağırsaq florası adlanan mikrobiomlar yalnız həzmə kömək etmir, həm də immunitet, ürək və beyin sağlamlığında köməkçi rol oynayır.

Son 20 ildə aparılan araşdırmalar bağırsaq florası haqqında daha ətraflı məlumat versə də, Pendleberi bu sahənin Nobel radarında olmadığını deyir. 

ABŞ-nın Missuri ştatında St. Luisdəki Vaşinqton Universitetindən bioloq Ceffri Qordondur. O, bağırsaq florasının qidalanmanın sağlamlığa təsirlərində rol oynadığını göstərən araşdırmaya öncülük edir. Gordon bağırsaq sağlamlığını yaxşılaşdırmağa yönəlmiş tədqiqatlar aparır. 

5. Xərçəngə səbəb olan genlərin aşkarlanması

Dünyada hər il 650 mindən çox ölümə səbəb olduğu düşünülən döş xərçənginin genetik əsası ola biləcəyi uzun müddətdir bilinmirdi.

Hal-hazırda ABŞ-nın Sietl şəhərindəki Vaşinqton Universitetinin Tibb Məktəbində tibb və genomika sahəsində fakültə üzvü olan  Mary-Claire King 17 illik tədqiqatları nəticəsində BRCA1 genindəki mutasiyanın döş və yumurtalıq xərçənginin yaranmasında rol oynadığını ortaya qoyub. 

2003-cü ildə insan genomunun xəritəsi çəkilməzdən əvvəl edilən bu kəşf döş xərçəngi riski yüksək olan qadınları müəyyən etmək üçün genetik testlərə yol açıb. Profilaktik müalicənin inkişafına yol açan əsaslı işlərinə baxmayaraq Kinq Nobel mükafatına layiq görülməyib.

Paylaş: