22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

2024-cü il Ədəbiyyat üzrə Nobel Mükafatının sahibi  məlum olub

10-10-2024
IMG

2024-cü il Ədəbiyyat üzrə Nobel Mükafatı "Vegetarian" romanı ilə beynəlxalq şöhrət qazanmış Cənubi Koreya yazıçısı Han Kanqa verilib. 

İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında mükafatın Cənubi Koreya yazıçısı Han Kanqa “tarixi travmalarla üzləşən və insan həyatının kövrəkliyini ortaya qoyan gərgin poetik nəsri”nə görə verildiyi açıqlanıb.

53 yaşlı yazıçı 2016-cı ildə “Vegetarian” romanı ilə “Man Booker” mükafatını qazanıb. Han Kanq ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən ilk Cənubi Koreya yazıçısı oldu.

Paylaş: