22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

2023-cü ildə Şri-Lankada yol qəzalarında 2557 nəfər ölüb

19-02-2024

2023-cü ildə Şri-Lankada avtomobil qəzaları nəticəsində 2557 nəfər həyatını itirib.

Fhnews.az “Sinxua” agentliyinə istinadla xəbər verir ki, Şri-Lanka Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən il yol-nəqliyyat hadisələrində ölənlərin 740-ı piyada, 707-si isə motosikletçi olub.

Statistikaya əsasən, 2022-ci ildə ölkədə 2395 avtomobil qəzasında 2515 nəfər, 2021-ci ildə isə 2414 qəzada 2513 nəfər həlak olmuşdu.

Paylaş: