2023-cü ildə İstanbulda havanın çirkliliyi təxminən 3 % artıb
İstanbul Texnik Universitetinin Aeronavtika və Astronavtika Fakültəsi Meteorologiya Mühəndisliyi kafedrasının alimləri 2022-2023-cü illər arasında İstanbulda hava çirkliliyi dərəcəsi ilə bağlı araşdırma aparıb. Bu çərçivədə Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin hava keyfiyyəti ölçmə stansiyaları tərəfindən qeydə alınan havadakı hissəciklərin nisbəti (PM10) araşdırılıb.
Müvafiq olaraq 2022-ci ildə İstanbulda havada olan hissəciklərin orta konsentrasiyası 36,003 µg/m3 (hər kubmetr üçün mikroqram) olaraq ölçülüb. 2023-cü ildə 36,958 µg/m3 olan havanın çirklənməsi əvvəlki ilə nisbətən təxminən 3 faiz artıb. Ötən il İstanbulda ən yüksək hissəcikli hava çirkliliyinin ölçüldüyü stansiya 54,095 µg/m3 ilə Kartal olub. 53 463 ilə Esenyurt, 51 815 ilə Mecidiyeköy və 51 662 µg/m3 ilə Yenibosna stansiyaları siyahıda yer alıb.
Eyni dövrdə hava çirkliliyinin ən az ölçüldüyü stansiya 17.782 µg/m3 ilə Böyükada olarkən, Şile stansiyasında 20.632, Kumköydə 20.865 və Sarıyerdə isə 21.837 µg/m3 hissəcik çirkliliyi təyin olunub.
Beləliklə, 2023-cü ildə İstanbulda havanın çirklənmə dərəcəsi əvvəlki ilə nisbətən 11 stansiyada artıb, 13 stansiyada azalıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...