22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

2023-cü ildə dünyanın qızıl tələbatı rekord həddə olub

31-01-2024

Dünya Qızıl Şurasının hesabatına görə, bütün seqmentlər əlavə edildikdə, keçən il qızıla olan  tələb 2022-ci ilə nisbətən 3 % artaraq 4 min 898,8 tona çatıb. Bu barədə məlumat Dünya Qızıl Şurasının “Qızıl Tələb Trendləri 2023” hesabatında yer alıb. Hesabatda birjadankənar ticarət istisna olmaqla qlobal qızıl tələbinin 2023-cü ildə bir əvvəlki ilə nisbətən  5 % azalaraq  4 min 448,4 tona çatdığı, mərkəzi banklar və digər qurumlardan qızıl tələbinin isə 4 %  azaldığı ifadə edilib. Həmçinin qlobal illik qızıl zərgərlik tələbinin keçən il 2093 tonla güclü qalmağa davam etdiyi və əvvəlki ilə nisbətən əhəmiyyətli bir dəyişiklik olmadığı qeyd edilib. 

Ötən ilin son rübündə canlanmaya baxmayaraq, texnoloji və elektron məhsullarda istifadə edilən qızılın miqdarı 4 % azalaraq, ilk dəfə olaraq ildə 300 tondan aşağı düşüb.

Paylaş: