22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

2023-cü il Cənubi Koreyada qeydə alınan ən isti il olub

04-01-2024

2023-cü il Cənubi Koreyada orta illik temperatur 13,7 dərəcəyə çatmaqla, ölkədə qeydə alınmış ən isti il olub. Bu barədə Koreya Meteorologiya İdarəsi açıqlama verib.

Açıqlamada Cənubi Koreyada 2023-cü ildə ölçülən illik orta temperaturun 13,7 dərəcəyə çataraq 2016-cı ildəki 13,4 dərəcə rekordunu üstələdiyi bildirilib.

Açıqlamada həmçinin qeyd olunub ki, yanvar-noyabr ayları arasında ölkə üzrə orta temperatur illik normadan yüksək olub.

Paylaş: