22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

2004-cü ildən bəri yaşanan ən ölümcül 10 iqlim fəlakəti

31-10-2024
IMG

“World Weather Attribution” 2004-cü ildən bu yana dünyada qeydə alınan  ən ölümcül 10 iqlim fəlakətinin hesabatını dərc edib.

Bunlar keçən il Liviya Dernada yaşanan daşqın fəlakəti, 2022 və 2023-ci illərdə Avropanın yandıran  isti hava  dalğası, 2015-ci ildə Fransada ciddi problemlərə səbəb olan istilər, 11 il əvvəl Hindistanı sular altında qoyan daşqın fəlakəti,  2013-cü ildə Filippində qeydə alınan  “Haiyan” qasırğası,2011-ci ildə Somali tarixində yaşanan və ölkə iqtisadiyyatına ciddi zərbə vuran quraqlıq, soyuq iqlimi ilə seçilən Rusiyada  2010-cu il istiləri,  2008-ci ildə Myanmada  baş verən “Nargis” siklonu və son olaraq 2007-ci ildə Banqladeşdə yaşanmış “Sidr” siklonudur. Göründüyü kimi, iqlim dəyişiklikləri gətirdiyi fəlakətlərlə dünyanın dəngəsini pozmağa davam edir.Təəssüf ki, son aylarda yaşanan daşğın,qasırğa,anomal hava şəraitləri dünyanın hələ də bu fəlakətlərin beşiyində yırğalandığını göstərir.

Paylaş: