22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

17 İyun Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür.

17-06-2024
IMG

Səhralaşma təhlükəsinin yaratdığı problemlərə diqqəti cəlb etmək məqsədilə 1994-cü ildən etibarən Birləşmiş Millətlər Təşkilatının  qərarı ilə hər il iyunun 17-si “Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günü” kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının Səhralaşmaya Qarşı Mübarizə Konvensiyası quraqlıq və səhralaşmanın dünyaya təsirlərini azaltmaq məqsədi daşıyan beynəlxalq müqavilədir. 17 iyun 1994-cü ildə Parisdə qəbul edilmiş və 1996-cı ilin dekabrında qüvvəyə minmişdir. Hər il dünyada 6 milyon hektar ərazi səhraya çevrilir.
Səhralaşmaya görə hər saniyə dörd futbol meydançası böyüklüyündə sağlam torpaqlar deqradasiyaya uğrayır ki, bu da hər il cəmi 100 milyon hektar əraziyə bərabərdir.

Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Gününün məqsədi səhralaşma, torpaqların deqradasiyası və quraqlıqla bağlı məsələlərə dair ictimaiyyəti məlumatlandırmaqdır.

 BMT-nin məlumatlarına görə, 1900-cü ildən bəri ən azı 11 milyon insan həyatını itirib və 2 milyard insan quraqlıqdan əziyyət çəkib.BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının (UNCCD) məlumatları göstərir ki, bütün yerüstü ekosistemlərin 84 faizi quraqlıqla bağlı meşə yanğınları riski altındadır.

İqlim dəyişikliyinin əhalinin sürətli artımı və ərzaq təhlükəsizliyi ilə bağlı problemlərin olduğu dünyanın bəzi yerlərində quraqlıq riskini daha da artıracağı gözlənilir.Statistikaya görə, 2045-ci ilə qədər 135 milyon insan evlərini tərk etmək məcburiyyətində qala bilər.

Ölkələrin 70 faizindən çoxu quraqlıq və iqlim dəyişikliyinin təsirlərini milli təhlükəsizlik problemləri kimi müəyyən edir. İmmiqrasiya da milli təhlükəsizlik problemləri sırasına daxildir.

Bu kontekstdə 2045-ci ilə qədər səhralaşmaya görə 135 milyon insanın evlərini tərk etməli olacağı proqnozlaşdırılır.

Dünya Bankının məlumatına görə, 2050-ci ilə qədər təxminən 216 milyon insan quraqlıq, su qıtlığı, məhsuldarlığın azalması, dəniz səviyyəsinin qalxması və əhalinin həddindən artıq sıxlığı kimi amillər səbəbindən miqrasiya etmək məcburiyyətində qala bilər.

Paylaş: